 |
|
27.11.2008 Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan 2008" milli sərgisi keçirilmişdir.
"Gilan Dəri" MMC təşkil olunmuş sərgidə öz stendi ilə təmsil olunmuşdur. Dövlət və qeyri-dövlət sektorunu təmsil edən şirkət, firma və müəssisələrin guşələri ilə tanış olan Prezidentə ayrı-ayrı istehsal sahələrinin fəaliyyəti, iqtisadi göstəriciləri və 2003-2008-ci illər ərzində bütün sahələr üzrə görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev sərgi salonundan video-telefon vasitəsilə Şamaxının Məlikçobanlı kəndində yaşayan ağsaqqal müəllim Əlisöhbət Abdullayev ilə danışdı, Azərbaycanda müasir texnologiyalar əsasında məhsul istehsalını yüksək qiymətləndirdi.
|
 |
|